...

Çin idxalçıları Rusiya neftinin tədarükünü dayandırıb

Energetika Materials 1 Mart 2022 11:41 (UTC +04:00)
Çin idxalçıları Rusiya neftinin tədarükünü dayandırıb

Bakı. Trend:

Çində neft idxalçıları Ukrayna böhranının neft tədarükünə mümkün təsiri ilə əlaqədar Rusiyadan dəniz yolu ilə neft idxalını dayandırmaq qərarına gəlib.

Trend-in məlumatına görə, bunu "Bloomberg" agentliyi yazır.

Qeyd olunur ki, Uzaq Şərq limanlarında yüklənən xam neftin alıcıları ödənişlərlə bağlı məsələnin aydınlaşmasına qədər idxalı dayandıracağını bildirib.

"Eyni zamanda, mövcud vəziyyətlə əlaqədar Qara dənizdən neft daşımalarının dəyəri üç dəfə artıb. Belə ki, yük daşıyıcıları təhlükəsizlik məsələləri ilə əlaqədar həmin bölgədən imtina etməyə başlayıb. Çin Rusiya neftinin ən böyük alıcısıdır. Ölkənin neft emalı sektorunun nümayəndələri vəziyyətin yaxın günlərdə aydınlaşacağına ümid etdiyini bildirir", - deyə agentliyin məlumatında qeyd olunur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti