...

BTC ilə Türkiyəyə neft nəqli azalıb

Energetika Materials 20 Aprel 2022 10:55 (UTC +04:00)
BTC ilə Türkiyəyə neft nəqli azalıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Ləman Zeynalova - Trend:

2022-ci ilin birinci rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Türkiyəyə 50,778 milyon barel xam neft nəql edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,34 faiz azdır.

Trend bu barədə Türkiyənin BOTAŞ şirkətinə istinadən məlumat verir.

2021-ci il ərzində BTC neft kəməri ilə Türkiyəyə 200,149 barel xam neft nəql edilib. 2020-ci ildə bu göstərici 208,064 milyon barelə bərabər idi.

Ötən ilin yanvar-dekabr ayları arasında Türkiyəyə BTC ilə ən yüksək neft nəqli yanvar ayında (18,967 milyon barel), ən az nəql fevral ayında (14,537 milyon barel) qeydə alınıb.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti