...

Aİ Azərbaycandan neft idxalını artırmağa çalışacaq - New York Times

Energetika Materials 30 Aprel 2022 01:09 (UTC +04:00)
Aİ Azərbaycandan neft idxalını artırmağa çalışacaq - New York Times

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Körfəz ölkələri, Nigeriya, Qazaxıstan və Azərbaycandan neft idxalını artırmağa çalışacaq.

Trend-in məlumatına görə, bu barədə "New York Times" nəşrti mənbələrə istinadən bildirib.

Qeyd edilib ki, bu, Aİ-nin Rusiya neftindən imtina ilə bağlı gözlənilən qərarı fonunda baş verəcək:

"Avropa Birliyi ölkələri çox güman ki, gələn həftənin əvvəlində Rusiya neftinə mərhələli embarqonun qoyulmasına razılıq verəcək. Planlaşdırılan embarqonun, tədricən olsa da, qlobal neft qiymətlərinə təsir göstərəcəyi ehtimal olunur. Blokun daimi nümayəndələri çərşənbə günü, mayın 4-də görüşəcək, gələn həftənin sonuna qədər isə embarqonun yekun təsdiqini elan edəcəklər".

Bildirilib ki, Rusiya Federasiyasından neft idxalına qadağa Aİ sanksiyalarının altıncı paketində ən mühüm tədbir olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti