...

Azərbaycan nefti bahalaşır

Energetika Materials 10 İyun 2022 10:12 (UTC +04:00)
Azərbaycan nefti bahalaşır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 9-da 131,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,13 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 129,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,95 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 89,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,13 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 128,93 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,64 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti