...

Azərbaycan nefti dörd dollardan çox bahalaşıb

Energetika Materials 15 İyun 2022 09:33 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 14-də 133,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,57 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 132,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,6 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 90,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 3,8 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 132,06 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 4,09 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti