Bakı. Trend:
Enerji sektorunda əməkdaşlıq Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlərin prioritetlərindən biridir.
Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko ADA Universitetində 16-cı Bakı Yay Enerji Məktəbinin bağlanış mərasimində deyib.
"Bu layihə ilə bağlı ADA Universitetinin təbrik etmək istəyirəm. Məlum olduğu kimi, enerji sektorunda əməkdaşlıq Aİ ilə Azərbaycan arasında münasibətlərin prioritetlərindən biridir. Sevindirici haldır ki, enerji məsələləri təhsil səviyyəsində də müzakirə olunur", - deyə o bildirib.
Səfir əlavə edib ki, “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması ikitərəfli əməkdaşlıqda yeni mərhələ açacaq.
(Tərcümə: Orxan Nəbiyev)