...

BTC ilə tranzit neft nəqli 46 faizdən çox artıb

Energetika Materials 17 Noyabr 2022 16:05 (UTC +04:00)
BTC ilə tranzit neft nəqli 46 faizdən çox artıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. - Trend:

2022-ci ilin yanvar-oktyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 24,428 milyon ton neft nəql olunub.

Trend bu barədə bu gün Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Hesabat dövründə magistral neft kəmərləri ilə nəql edilən neftin 78,8 faizi BTC xəttinin payına düşüb.

Ümumilikdə, hesabat dövründə magistral neft kəmərləri ilə 31,003 milyon ton neft nəql edilib.

Yanvar-oktyabr aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 4,131 milyon ton tranzit nefti nəql edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti