...

Macarıstanın XİN rəhbəri Azərbaycana səfərə gəlib (FOTO)

Siyasət Materials 3 Fevral 2023 01:28 (UTC +04:00)
Macarıstanın XİN rəhbəri Azərbaycana səfərə gəlib (FOTO)

Bakı. Trend:

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto cümə günü Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin beynəlxalq görüşündə iştirak etmək üçün Bakıya səfərə gəlib.

Trend xəbər verir ki, bu barədə nazir özünün "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, görüşdə onun Cənub-Şərqi Avropadan olan həmkarları da iştirak edəcək.

"Ümid edirik ki, diversifikasiya planlarının konkretləşdirilməsində mühüm irəliləyiş əldə edə biləcəyik.

Azərbaycanda hasilatın artırılması hesabında təbii qazın alınması Mərkəzi Avropaya təbii qaz tədarükü üçün yeni mənbələrin tapılması baxımından ən real ssenaridir", - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti