...

Rumıniya Cənub Qaz Dəhlizinin gələcək inkişafında etibarlı tərəfdaşa çevriləcək - Nazir

Energetika Materials 3 Fevral 2023 18:37 (UTC +04:00)
Rumıniya Cənub Qaz Dəhlizinin gələcək inkişafında etibarlı tərəfdaşa çevriləcək - Nazir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniya Cənub Qaz Dəhlizinin gələcək inkişafında etibarlı tərəfdaşa çevriləcək.

Trend-in məlumatına görə, bu barədə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında çıxış edən Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku deyib.

"Rumıniyanın rəhbərlik səviyyəsində bu tədbirdə iştirakı ölkənin Cənub Qaz Dəhlizinin genişləndirilməsini dəstəklədiyini təsdiqləyir. Hazırda innovasiyalar və açıq dialoqa əsaslanmaqla bu kimi mühüm qaz nəqli infrastrukturunun inkişafı Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrinin enerji təhlükəsizliyinin möhkəmlənməsində böyük əhəmiyyət kəsb edir. Bu vəziyyətdə Rumıniya Cənub Qaz Dəhlizinin gələcək inkişafında etibarlı tərəfdaşa çevriləcək", - o deyib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya nəqli 2020-ci il dekabrın 31-də başlayıb. Dəhliz vasitəsilə qaz Xəzər regionundan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə nəql olunur.

Bu irimiqyaslı layihə enerji marşrutlarının və mənbələrinin diversifikasiyasına yönəlməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə şərait yaradır. Layihənin dəyəri 45 milyard dollar proqnozlaşdırıldığı halda 33 milyard dollar təşkil edib.

Tvitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti