...

ABŞ Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir - Arun Venkataraman

Energetika Materials 4 Aprel 2023 16:50 (UTC +04:00)
ABŞ Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir - Arun Venkataraman
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ 2022-ci ilin iyulunda Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir.

Trend xəbər verir ki, bu barədə Bakıda səfərdə olan ABŞ ticarət nazirinin qlobal bazarlar üzrə köməkçisi və ölkənin Xarici Ticarət Xidmətinin baş direktoru Arun Venkataraman çərşənbə axşamı mətbuat konfransında deyib.

"Prezident İlham Əliyevin bu memorandumu imzalamaq qərarını yüksək qiymətləndiririk. Hesab edirik ki, bu addım Azərbaycanın regionda və bütün qitədə enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı rolunu təmin edir. Bu gün Azərbaycanın oynadığı rol həqiqətən tarixi olacaq. Ona görə də biz Azərbaycan rəhbərliyinə bu Anlaşma Memorandumunu imzaladığına görə minnətdarıq. ABŞ bu sənədi qətiyyətlə dəstəkləyir. Bildiyiniz kimi, biz təkcə Aİ-də deyil, bütün qitələrdə tərəfdaşlarımızın enerji təhlükəsizliyini və müstəqilliyini təmin etməyə çalışırıq.", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti