...

SOCAR-ın Türkiyədəki layihələrə investisiyaları 18 milyard dollara çatıb

Energetika Materials 12 May 2023 11:33 (UTC +04:00)
SOCAR-ın Türkiyədəki layihələrə investisiyaları 18 milyard dollara çatıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

İzmir. Trend:

SOCAR-ın Türkiyədəki layihələrə investisiyaları 18 milyard dollara çatıb.

Trend xəbər verir ki, bunu "SOCAR Türkiye"nin baş direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov cümə günü mətbuat konfransında deyib.

O, qeyd edib ki, SOCAR PETKIM neft-kimya kompleksini iki milyard dollara satın alıb, sonra isə zavodun effektivliyini artırmaq üçün ona daha 1,6 milyard dollar investisiya qoyub.

"Biz həmçinin Türkiyədə STAR neft emalı zavodunu inşa etmişik və oraya 6,7 milyard dollar investisiya qoymuşuq. Bundan başqa, SOCAR Türkiye TANAP layihəsində aktivlərin 7 faizinə sahibdir. Bu günədək boru kəməri ilə Avropaya 23,3 milyard kubmetr, Türkiyəyə isə 21,5 milyard kubmetr qaz nəql olunub", - o deyib.

Qeyd edək ki, SOCAR Türkiye Türkiyədə kommersiya fəaliyyətinə 2008-ci ildə "Petkim"in səhmlərinin 51 faizini satın aldıqdan sonra başlayıb. Tərkibinə öz sinfində ən yaxşı şirkətlər olan "Petkim", "TANAP", "STAR Refinery", "SOCAR Terminal", "Petkim RES" (külək elektrik stansiyası), "Bursagaz", "Kayserigaz", "Enervis", "SOCAR Enerji Ticaret", "Millenicom", "SOCAR Ticaret" və "SOCAR Depolama" daxildir.

Şirkət neft kimya məhsullarının istehsalı, təbii qazın emalı, ticarəti və paylanması ilə məşğuldur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti