...

"SOCAR Türkiye" istehsal əməliyyatlarının rəqəmsallaşdırılması üzərində çalışır

Energetika Materials 12 May 2023 11:54 (UTC +04:00)
"SOCAR Türkiye" istehsal əməliyyatlarının rəqəmsallaşdırılması üzərində çalışır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

İzmir. Trend:

"SOCAR Türkiye" istehsal əməliyyatlarının rəqəmsallaşdırılması üzərində çalışır.

Trend xəbər verir ki, bunu "SOCAR Türkiye"nin baş direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov cümə günü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bugünədək bu sektora 70 milyon dollar investisiya qoyulub.

"İstər qlobal, istərsə də yerli səviyyələrdə Türkiyədə istehsalatda rəqəmsal həllərin tətbiqi sektorunda lider mövqeyə malikik. Digər tərəfdən karbon emissiyalarını azaltmağı, zərərli tullantıların emalını hədəfləyirik. 2050-ci ilədək karbon emissiyalarının sıfır göstəricisinə nail olmağı planlaşdırırıq", - E.İbadov deyib.

O, "SOCAR Türkiye"nin özünün korporativ sosial məsuliyyəti çərçivəsində Türkiyənin müxtəlif şəhərlərində onlarla məktəb və digər təhsil və idman müəssisələrini inşa etdiyini vurğulayıb.

Qeyd edək ki, "SOCAR Türkiye" Türkiyədə kommersiya fəaliyyətinə 2008-ci ildə "Petkim"in səhmlərinin 51 faizini satın aldıqdan sonra başlayıb. Tərkibinə öz sinfində ən yaxşı şirkətlər olan "Petkim", "TANAP", "STAR Refinery", "SOCAR Terminal", "Petkim RES" (külək elektrik stansiyası), "Bursagaz", "Kayserigaz", "Enervis", "SOCAR Enerji Ticaret", "Millenicom", "SOCAR Ticaret" və "SOCAR Depolama" daxildir.

Şirkət neft kimya məhsullarının istehsalı, təbii qazın emalı, ticarəti və paylanması ilə məşğuldur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti