...

SOCAR Türkiyənin dizel yanacağı ehtiyacının 25 faizə qədərini qarşılayır

Energetika Materials 12 May 2023 13:16 (UTC +04:00)
SOCAR Türkiyənin dizel yanacağı ehtiyacının 25 faizə qədərini qarşılayır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

İzmir. Trend:

"SOCAR Türkiye" Türkiyənin dizel yanacağı ehtiyacının 20-25%-ni qarşılayır.

Trend xəbər verir ki, bunu "SOCAR Turkey Refining и Petrochemical Business Unit"in prezidenti və "Petkim"in baş direktoru Anar Məmmədov cümə günü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Petkim zavodunun istehsal imkanları ildə 3,6 milyon tondur.

"Biz bu zavodda 60 növdən çox məhsul istehsal edirik. Bundan başqa, digər zavodumuz olan Star neft emalı zavodu Türkiyənin neft məhsulları emalının 25 faizini qarşılayır. Təqribən 55-60 faiz dizel yanacağı istehsalının payına düşür. Həmçinin aviasiya yanacağı istehsal edirik", - o deyib.

A.Məmmədov bildirib ki, "SOCAR Türkiye" öz fəaliyyətində "təmiz" enerjidən istifadə edir ki, nəticədə zərərli tullantılar 120 milyon ton azalıb.

"Biz Türkiyə iqtisadiyyatına 18 milyard dollar investisiya qoymuşuq. Neft-kimya sahəsində bazarın 12 faizini tuturuq, Türkiyənin dizel yanacağı ehtiyacının 25%-ə qədərini qarşılayırıq, həmçinin 5300 nəfəri daimi iş yeri ilə təmin etmişik", - deyə o vurğulayıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti