...

"SOCAR Türkiye" "Petkim"də texniki qulluğu beş ildən bir həyata keçirməyi planlaşdırır

Energetika Materials 12 May 2023 13:08 (UTC +04:00)
"SOCAR Türkiye" "Petkim"də texniki qulluğu beş ildən bir həyata keçirməyi planlaşdırır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

İzmir. Trend:

"SOCAR Türkiye" "Petkim"də texniki qulluğu beş ildən bir həyata keçirməyi planlaşdırır.

Trend xəbər verir ki, bunu "SOCAR Türkiye"nin baş direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov cümə günü mətbuat konfransında deyib.

"Zavodun fəaliyyətini hər dörd ildən bir dayandırırıq. Yeni texnologiya və innovasiyaların tətbiqi hesabına zavoda qulluq günlərinin sayını azaltmağı və bunu beş ildən bir etməyi hədəfləyirik", - deyə o qeyd edib.

E.İbadov həmçinin bildirib ki, bu gün zavodun istehsal imkanları 118,5 faiz təşkil edir.

Xatırladaq ki, "SOCAR Türkiye" "Petkim"i 2008-ci ildə satın alıb. "Petkim" plastik qablaşdırma, parça, PVC, yuyucu vasitələr buraxmaqla Türkiyədə bu kimi məhsulların yeganə istehsalçısıdır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti