...

"SOCAR Türkiye"nin "Merkuri" layihəsi gündəmdədir - Anar Məmmədov

Energetika Materials 12 May 2023 13:15 (UTC +04:00)
"SOCAR Türkiye"nin "Merkuri" layihəsi gündəmdədir - Anar Məmmədov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

İzmir. Trend:

"SOCAR Türkiye"nin "Merkuri" layihəsi gündəmdədir.

Trend xəbər verir ki, bunu "SOCAR Turkey Refining и Petrochemical Business Unit"in prezidenti və "Petkim"in baş direktoru Anar Məmmədov cümə günü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, layihənin birgə icrasının planlaşdırıldığı bp şirkəti neft-kimya sahəsinə investisiya qoymaqdan imtina edərək layihədən çıxıb.

"Düşünürük ki, "Merkuri" layihəsinin icrasını digər investorlarla həyata keçirə bilərik", - o deyib.

Qeyd edək ki, 2018-ci ildə bp və SOCAR Türkiye arasında birgə müəssisənin yaradılmasının qiymətləndirilməsi üçün əməkdaşlığın başlamasına dair saziş imzalanıb. Birgə müəssisənin Türkiyədə dünya miqyaslı neft-kimya kompleksi inşa etməsi və istismara verməsi planlaşdırılırdı. 2020-ci ildə bp neft-kimya sektorundan tam imtina edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti