...

BTC Azərbaycandan 480 milyon tondan çox neft nəql edib

Energetika Materials 6 İyun 2023 10:56 (UTC +04:00)
BTC Azərbaycandan 480 milyon tondan çox neft nəql edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri 2006-cı ilin iyununda istismara verildikdən sonra 2023-cü il mayın 1-dək Azərbaycandan 483,7 milyon ton neft nəql edib.

Bu barədə Trend-ə bazar ertəsi ölkənin neft-qaz bazarındakı mənbədən məlumat verilib.

2023-cü ilin yanvar-aprel ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan neftin həcmi 2022-ci ilin analoji dövründəki 9,173 milyon tonla müqayisədə 9,802 milyon ton təşkil edib ki, bu da illik hesablamada 6,8 faiz artımdan xəbər verir.

Bakı-Tbilisi-Ceyhan boru kəmərinin payına 2023-cü ilin ilk dörd ayı ərzində Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunan 12,833 milyon ton neftin 76,4 faizi düşüb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı nəql edir. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.

BTC Ko.-nun səhmdarları aşağıdakı kimidir: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%).

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti