...

Azərbaycan İspaniyaya neft ixracını iki dəfədən çox artırıb

Energetika Materials 8 İyun 2023 13:34 (UTC +04:00)
Azərbaycan İspaniyaya neft ixracını iki dəfədən çox artırıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan İspaniyaya 826,905 min tondan çox neft və neft məhsulları ixrac edib ki, bu da Azərbaycanın ümumi xammal ixracının 8,95 faizini təşkil edir.

Trend xəbər verir ki, bu göstərici illik hesablamada 2,14 dəfə və ya 441,38 min tondan çox artıb.

Hesabat dövründə Azərbaycandan İspaniyaya neft və neft məhsulları ixracı dəyər ifadəsində 526,641 milyon dollardan çox olub ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 98,4 faiz və ya 261,183 milyon dollar çoxdur.

Bütünlükdə 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 9,236 milyon tona yaxın neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi (9,5 milyon ton) ilə 2,6 faiz azdır. Dəyər ifadəsində neft ixracı 5,715 milyard dolları ötüb ki, bu da 2022-ci ilin yanvar-aprel aylarının göstəricisindən 12,7 faiz və ya 829,564 min dollar azdır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti