...

Orta Dəhlizin rəqəmsallaşması prosesini müzakirə etməyin vaxtıdır - Ekspert

Energetika Materials 22 İyun 2023 14:58 (UTC +04:00)
Orta Dəhlizin rəqəmsallaşması prosesini müzakirə etməyin vaxtıdır -  Ekspert
Алена Павленко
Алена Павленко
Bütün xəbərlər

Bakı. Trend:

Artıq Orta Dəhlizin rəqəmsallaşması prosesini müzakirə etməyin vaxtıdır.

Trend cümə axşamı xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ayaz Museyibov Bakıda keçirilən “Vişeqrad qrupu ölkələri və Azərbaycan” mövzusunda beynəlxalq seminarda deyib.

"Bundan bir müddət əvvəl COVID-19 pandemiyası və Rusiya-Ukrayna müharibəsi dövründə Orta Dəhlizin əhəmiyyətini müzakirə edirdik. Artıq Orta Dəhlizin rəqəmsallaşması məsələsini və Vişeqrad qrupu ölkələri və Azərbaycan üçün açıla biləcək yeni perspektivləri nəzərdən keçirməyin əsl vaxtıdır", - A.Museyibov deyib.

O həmçinin Azərbaycanın ölkədə rəqəmsal infrastrukturu yaxşılaşdırmaq üçün tədbirlər gördüyünü qeyd edib.

"Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra Azərbaycan bu bölgənin inkişafına yeni yanaşma qəbul edərək "ağıllı şəhər" konsepsiyasını tətbiq etdi. Bu bölgənin sakinlərinin bütün gündəlik həyatı "ağıllı şəhər" prinsip və texnologiyalarının ətrafında qurulacaq", - deyə A.Museyibov vurğulayıb.

O, hazırda Azərbaycanda rəqəmsal sahəyə birbaşa investisiyaların cəlbinin müzakirə olunduğunu əlavə edib.

Qeyd edək ki, seminar Rusiya-Ukrayna müharibəsinin fonunda yaranmış enerji böhranı ilə bağlı problemlərə və onların həlli yollarına həsr olunub. Tədbirdə həmçinin gələcək texnoloji transformasiyanın Vişeqrad qrupu ölkələri və Azərbaycan üçün çağırışları müzakirə olunacaq.

Seminarda Azərbaycan, Slovakiya, Polşa və Macarıstandan ekspert və rəsmilər, diplomatik korpus nümayəndələri iştirak edirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti