...

Bakı-Tbilisi-Ceyhan kəmərinin Yevlaxdakı nasos stansiyasının gücü açıqlanıb

Energetika Materials 11 Oktyabr 2023 20:43 (UTC +04:00)
Bakı-Tbilisi-Ceyhan kəmərinin Yevlaxdakı nasos stansiyasının gücü açıqlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Yevlax. Trend:

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Yevlaxda yerləşən 2-ci nasos stansiyası hər gün orta hesabla 620 min barel neft aşırır.

Trend xəbər verir ki, bunu stansiyanın sahə meneceri Rəşad Məmmədov stansiyada keçirilən mediaturda deyib.

Onun sözlərinə görə, nasos stansiyasında 4 neftvurma qurğusu mövcuddur, bunun 3-ü işlək vəziyyətdədir, 4-cü qurğu isə ehtiyat kimi saxlanılır.

"Üç qurğu gündə 1 milyon barelə qədər neft aşıra bilər, lakin qeyd olunan qurğular orta hesabla 620 min barel neft aşırır. Nasos stansiyası Qafqaz zolağından əldə edilən "Şahdəniz" qazının hesabına işləyir", - o deyib.

Qeyd edək ki, hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.

BTC Ko.-nun səhmdarları aşağıdakı kimidir: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%).

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti