Bakı. Trend:
Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə 2023-cü ilin əvvəlindən 8 milyard kubmetr qaz nəql olunub.
Trend bu barədə TAP-ın səhmdarlarından biri olan İspaniyanın "Enagas" şirkətinə istinadən xəbər verir.
"TAP artıq 2023-cü ilin əvvəlindən 8 milyard kubmetrdən çox qaz nəql etməklə Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir", - deyə şirkətdən bildiriblər.
Eyni zamanda, kommersiya istismarına verildikdən sonra TAP vasitəsilə 28 milyard kubmetrdən çox qəz tədarük olunub və bu həcmin 23,5 milyard kubmetri İtaliyanın payına düşür.
Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)
X: @Lyaman_Zeyn