...

Böyük Britaniyanın Azərbaycandakı investisiyalarının böyük bir hissəsi neft-qaz sektoruna yönəlib - Nazir

Energetika Materials 7 Dekabr 2023 10:48 (UTC +04:00)
Böyük Britaniyanın Azərbaycandakı investisiyalarının böyük bir hissəsi neft-qaz sektoruna yönəlib - Nazir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

1995-ci ildən 2023-cü ilin birinci yarısınadək Azərbaycanın Böyük Britaniyaya investisiyaları 2 milyard dollar olub.

Trend xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında deyib.

"Həmin dövrdə Böyük Britaniya Azərbaycana 35 milyard ABŞ dolları investisiya qoyub və bunun 33 milyardı neft-qaz sektoruna yönəlib", - o deyib.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası başlayıb.

İclasda iki ölkə arasında biznes mühiti, enerji keçidi, səhiyyə, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Komissiyanın həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri Lord Malkolm Offorddur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti