...

Heydər Əliyev adına Neft Emal Zavodunda yeni Azot-oksigen istehsalı qurğusu inşa ediləcək (ÖZƏL)

Energetika Materials 25 Fevral 2025 09:19 (UTC +04:00)
Heydər Əliyev adına Neft Emal Zavodunda yeni Azot-oksigen istehsalı qurğusu inşa ediləcək (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev adına Neft Emal Zavodunda (NEZ) yeni Azot-oksigen istehsalı qurğusunun inşa edilməsinə başlanılması nəzərdə tutulur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildiriblər.

“Bundan başqa, NEZ-in müasir sənaye standartlarına cavab verməsini, istehsal proseslərinin səmərəliliyini artırmaq məqsədilə hazırda icra edilən transformasiya proqramının davam etdirilməsi planlaşdırılır. Transformasiya proqramı zavodda innovativ texnologiyaların istifadəsini genişləndirməyi, idarəetmə sistemlərini təkmilləşdirməyi və səmərəliliyin artırılmasını nəzərdə tutur”, - deyə şirkətdən bildiriblər.

SOCAR-dan verilən məlumata görə, Heydər Əliyev adına Neft Emal Zavodunda müasir idarəetmə strategiyalarını tətbiq etməklə sənaye proseslərinin effektivliyini artırmaq məqsədilə Aktivlərin Səmərəliliyinin İdarə edilməsi (APM) proqramı tətbiq edilir.

“Bu proqram aktivlərin idarə olunmasının optimallaşdırılmasını, sənaye avadanlıqlarının istifadəsinin davamlılığını və nasazlıqların vaxtında aradan qaldırılmasını nəzərdə tutur. Bu proqram zavodda istehsal proseslərinin təhlükəsiz, dayanıqlı və effektiv olmasına təkan verəcək”, - deyə Dövlət Neft Şirkətindən bildiriblər.

Qeyd edək ki, Heydər Əliyev adına Neft Emalı Zavodu benzin, aviasiya kerosini, dizel yanacağı, neft koksu, mazut və digər neft məhsulları istehsal edərək daxili bazarın tələbatının əsas hissəsini ödəyir.

Xəbər lenti

Xəbər lenti