...

Almaniya Azərbaycandan neft alışını 6 dəfədən çox artırıb

Energetika Materials 19 Mart 2025 16:56 (UTC +04:00)
Almaniya Azərbaycandan neft alışını 6 dəfədən çox artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Almaniyaya 276,5 milyon ABŞ dolları dəyərində 500 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 224,3 milyon ABŞ dolları və ya 5,3 dəfə, həcm ifadəsində isə 417,4 min ton və ya 6,1 dəfə çoxdur.

Dövr ərzində Almaniya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandan ümumilikdə 2,7 milyard ABŞ dolları dəyərində 4,8 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə dəyər baxımından 153,2 milyon ABŞ dolları və ya 5,4%, həcm ifadəsində isə 182,9 min ton və ya 4% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti