...

Ötən həftə neft qiymətləri artıb - İCMAL

Energetika Materials 31 Mart 2025 13:29 (UTC +04:00)
Ötən həftə neft qiymətləri artıb - İCMAL
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Dated Brent” və “Urals” (EX NOVO) markalı xam neftin orta qiymətində artım qeydə alınıb.

Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,28 ABŞ dolları və ya 3,1% artaraq, 75,72 dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 76,29 dollar/barel, minimum isə 75 dollar/barel olub.

Ötən həftə Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 74 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,94 ABŞ dolları və ya 2,69% çoxdur. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 74,42 dollar/barel, minimum isə 73,39 dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,26 ABŞ dolları və ya 3,96% artaraq, 59,31 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 59,86 dollar/barel, minimum isə 58,59 dollar/barel olub.

“Dated Brent” markalı neftin orta qiyməti 2,16 dollar və ya 3% bahalaşaraq 74,28 dollar/barelə bərabər olub. Ötən həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 74,88 dollar/barel, minimum isə 73,62 dollar/barel təşkil edib.

Neftin növü / tarix

25.03.2025

26.03.2025

27.03.2025

28.03.2025

29.03.2025

Orta qiymət

Azeri LT CIF

$75,23

$75,00

$76,29

$76,06

$76,05

$75,72

Azeri Light FOB Ceyhan

$73,79

$73,39

$74,42

$74,23

$74,19

$74,00

Urals (EX NOVO)

$58,87

$58,59

$59,86

$59,61

$59,65

$59,31

Dated Brent

$73,93

$73,62

$74,88

$74,49

$74,49

$74,28

Xəbər lenti

Xəbər lenti