...

Azərbaycanda qaz istehlakı artıb

Energetika Materials 11 Aprel 2025 13:43 (UTC +04:00)
Azərbaycanda qaz istehlakı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda təbii qazın istehlakı 1,7% və ya 226,6 milyon kubmetr artaraq 13,7 milyard kubmetr təşkil edib.

Bu barədə Trend SOCAR-ın ötən il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair açıqladığı hesabata istinadən məlumat verir.

Xatırladaq ki, 2023-ci ildə isə ölkədə ümumilikdə 13,4 milyard kubmetr təbii qaz istehlak olunub.

Ümumilikdə, ötən il SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,5 milyon ton neft, 7,7 milyard kubmetr qaz hasil olunub. Ölkə üzrə qaz hasilatında artım tendensiyası davam edib və 2023-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 4,4% artaraq, 50,4 milyard kubmetr təşkil edib. Ümumilikdə isə, il ərzində Azərbaycanda 29 milyon tondan çox xam neft hasil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti