...

Azərbaycandan xaricə qaz satışı 6%-dən çox azalıb

Energetika Materials 14 Aprel 2025 13:10 (UTC +04:00)
Azərbaycandan xaricə qaz satışı 6%-dən çox azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan xaricə qaz satışı 6 milyard kubmetr təşkil edib.

Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 milyard kubmetr və ya 6,25% azdır.

Belə ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan xaricə qaz satışı 6,4 milyard kubmetr həcmində qaz satışı həyata keçirilib.

Hesabat dövründə xaricə satılan qazdan 3 milyard kubmetr Avropaya, 2,3 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 1,4 milyard kubmetr), 0,7 milyard kubmetr isə Gürcüstana yönəldilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında ölkədə 12,6 milyard kubmetr təbii qaz hasil edilib.

Qazın 3,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 6,8 milyard kubmetri “Şahdəniz”in, 0,4 milyard kubmetri “Abşeron” yatağının, 2 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti