Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana qaz satışı 0,7 milyard kubmetr təşkil edib.
Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 milyard kubmetr və ya 22,2% azdır.
Belə ki, 2024-cü ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 0,9 milyard kubmetr qaz almışdı.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında ölkədə 12,6 milyard kubmetr təbii qaz hasil edilib.
Qazın 3,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 6,8 milyard kubmetri “Şahdəniz”in, 0,4 milyard kubmetri “Abşeron” yatağının, 2 milyard kubmetri isə SOCAR-ın payına düşüb.