Bakı. Trend:
Ötən il ölkənin enerji sistemində qoyuluş gücü 8,4 milyard MVt (98 stansiya) təşkil edib ki, bu da ötən illə müqayisədə 104,8 MVt (1,2%) artım deməkdir.
Trend bu barədə Energetika Nazirliyi tərəfindən 2024-cü ildə görülmüş işlərə dair hesabatına istinadən xəbər verir.
Məlumata görə, elektroenergetika sistemində ümumi gücü 6 623 MVt olan 22 istilik elektrik stansiyası, ümumi gücü 1 406,6 MVt olan 58 su elektrik stansiyası, ümumi gücü 63,62 MVt olan gücündə 5 külək elektrik stansiyası, ümumi gücü 278 MVt gücündə olan 9 günəş elektrik stansiyası, 37 MVt gücündə 1 bioenerji elektrik stansiyası, ümumi gücü 7,4 MVt gücündə 3 ədəd hibrid elektrik stansiyası istismar edilir.
Su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1792,64 MVt-dır ki, bu da ümumi istehsal gücünün, təxminən 21,3%-ni təşkil edir.