...

Azərbaycan neftinin qiymətinin həftəlik İCMALI

Energetika Materials 21 Aprel 2025 14:17 (UTC +04:00)
Azərbaycan neftinin qiymətinin həftəlik İCMALI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən həftə ərzində “Dated Brent”, “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan” və “Urals” (EX NOVO) markalı xam neftin orta qiymətində artım qeydə alınıb.

Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,6 ABŞ dolları və ya 2,4% artaraq, 68,13 dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 69,34 dollar/barel, minimum isə 67,14 dollar/barel olub.

Həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 66,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,41 ABŞ dolları və ya 2,2% çoxdur. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 67,54 dollar/barel, minimum isə 65,34 dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,26 ABŞ dolları və ya 4,5% artaraq, 52,16 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 53,31 dollar/barel, minimum isə 51,22 dollar/barel olub.

Ötən həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,95 dollar və ya 3% bahalaşaraq 67,34 dollar/barelə bərabər olub. Həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 68,45 dollar/barel, minimum isə 66,42 dollar/barel təşkil edib.

Neftin növü / tarix

14.04.2025

15.04.2025

16.04.2025

17.04.2025

18.04.2025

Orta qiymət

Azeri LT CIF

$67,57

$67,14

$68,46

$69,34

-

$68,13

Azeri Light FOB Ceyhan

$65,71

$65,34

$66,64

$67,54

-

$66,31

Urals (EX NOVO)

$51,68

$51,22

$52,44

$53,31

-

$52,16

Dated Brent

$66,85

$66,42

$67,64

$68,45

-

$67,34

Qeyd edək ki, 18-21 aprel tarixləri Böyük Britaniyada rəsmi olaraq bayram günlərinə təsadüf etdiyindən həmin tarixlərdə birjalar işləməyib. Bu səbəbdən də neft qiymətləri açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti