Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycandan Rumıniyaya 224,8 milyon ABŞ dolları dəyərində 403,9 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 132,5 milyon ABŞ dolları və ya 2,4 dəfə, həcm ifadəsində isə 238,4 min ton və ya 2,4 dəfə çoxdur.
Dövr ərzində Rumıniya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 13 ölkəyə 3,3 milyard ABŞ dolları dəyərində 6 milyon ton neft məhsulları (xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları; tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə % və ya daha çox olan məhsullar) satılıb.