...

Energetika naziri Ağstafada vətəndaşları qəbul edib (FOTO)

Energetika Materials 16 May 2025 16:30 (UTC +04:00)
Energetika naziri Ağstafada vətəndaşları qəbul edib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Ağstafada vətəndaşları qəbul edib.

Trend xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil edilmiş qəbulda vətəndaşların elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma, qaz təchizatı, elektrik və qaz xətlərinin çəkilişi, elektrik xətlərinin istismar vəziyyəti, keyfiyyət göstəriciləri, qaz sayğaclarının dəyişdirilməsi, işlə təminat, təşəkkür və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbul zamanı Ağstafa rayonu ilə yanaşı Gəncə, Mingəçevir şəhərləri, Goranboy və Tovuz rayonlarından olan 30-dan çox vətəndaş iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti