Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan İndoneziyaya 72,1 milyon ABŞ dolları dəyərində 130,9 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19,6 milyon ABŞ dolları və ya 37,3%, həcm ifadəsində isə 44,2 min ton və ya 51% çoxdur.
Dövr ərzində İndoneziya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 17 ölkəyə 4,6 milyard ABŞ dolları dəyərində 8,2 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.