...

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları 4 nöqtədən ölkənin enerji sisteminə qoşulub

Energetika Materials 30 May 2025 14:40 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları 4 nöqtədən ölkənin enerji sisteminə qoşulub.

Trend-in yerli müxbiri xəbər verir ki, bunu “Azərenerji” ASC prezidentinin ümumi işlər üzrə müşaviri Vüqar Əliyev Xankəndidə "Enerji təminatı məsələləri" üzrə İşçi Qrupunun iclasında deyib.

O bildirib ki, icra olunmuş işlər nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları cənub istiqamətində 110 kV-luq "Şükürbəyli", şərq istiqamətində 330 kV-luq "Ağcabədi" və "İmişli", şimaldan isə 110 kV-luq "Gəncə" yarımstansiyalarından olmaqla, ümumilikdə 4 fərqli nöqtədən ölkənin enerji sisteminə qoşulub.

V.Əliyev qeyd edib ki, Xankəndi-1" işğaldan azad edilən ərazilərdə tikilən ilk qapalı tipli yarımstansiyadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti