...

SOCAR-da “Yükqaldırma Təlim Poliqonu”nun açılışı olub (FOTO)

Energetika Materials 30 May 2025 15:53 (UTC +04:00)
SOCAR-da “Yükqaldırma Təlim Poliqonu”nun açılışı olub (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 30-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən “Neftqaztikinti” Trestinin Zığ tikinti-quraşdırma sahəsində qabaqcıl təcrübələrə uyğun inşa edilmiş “Yükqaldırma Təlim Poliqonu”nun açılışı keçirilib.

Bu barədə Trend SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, şirkətin vitse-prezidenti Ziba Mustafayevanın iştirak etdiyi tədbirdə “Siqnalçı”, “İlməkçi” və “Takelajçı” peşələri üzrə keçiriləcək təlimlərin poliqon ərazisinə baxış keçirilib. Burada istifadə edilən kran əməliyyatları, yükqaldırıcı avadanlıqlar və digər texniki imkanlar barədə məlumat verilib və praktiki təlimlər nümayiş etdirilib.

Tədbir çərçivəsində, həmçinin əməyin mühafizəsi, təhlükəsizlik və insan kapitalının inkişafı sahəsində görülən işlərdən danışılıb, yükqaldırma əməliyyatlarında təhlükəsizliyin artırılması məqsədi daşıyan bu təşəbbüsün əhəmiyyəti vurğulanıb.

Qaldırıcı Avadanlıq Mühəndisləri Assosiasiyası (LEEA) tərəfindən akkreditasiya olunacaq təlimlərdə iştirakçılara beynəlxalq səviyyədə tanınan sertifikatlar təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti