Bakı. Trend:
Ötən həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin orta qiymətlərində azalma qeydə alınıb.
Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,98 ABŞ dolları və ya 4,1% azalaraq 68,93 dollar/barel təşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 70,59 dollar/barel, minimum isə 67,66 dollar/barel olub
Ötən həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 67,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 3,16 ABŞ dolları və ya 4,5% azdır. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 69,17 dollar/barel, minimum isə 66,12 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 3,04 ABŞ dolları və ya 5,1% azalaraq 57,02 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 58,80 dollar/barel, minimum isə 55,70 dollar/barel olub.
Ötən həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,81 dollar və ya 3,9% ucuzlaşaraq, 69,08 dollar/barelə bərabər olub. Ötən həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 70,84 dollar/barel, minimum isə 67,73 dollar/barel təşkil edib.
Neftin növü / tarix |
04.08.2025 |
05.08.2025 |
06.08.2025 |
07.08.2025 |
08.08.2025 |
Orta qiymət |
Azeri LT CIF |
$70,59 |
$69,14 |
$69,42 |
$67,66 |
$67,86 |
$68,93 |
Azeri Light FOB Ceyhan |
$69,17 |
$67,60 |
$67,88 |
$66,12 |
$66,32 |
$67,42 |
Urals (EX NOVO) |
$58,80 |
$57,36 |
$57,41 |
$55,70 |
$55,81 |
$57,02 |
Dated Brent |
$70,84 |
$69,48 |
$69,48 |
$67,73 |
$67,86 |
$69,08 |