...

İndiyədək Azərbaycandan Ukraynaya göstərilmiş ümumi humanitar yardımın həcmi 44 milyon dolları ötüb

Energetika Materials 13 Avqust 2025 14:17 (UTC +04:00)
İndiyədək Azərbaycandan Ukraynaya göstərilmiş ümumi humanitar yardımın həcmi 44 milyon dolları ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Sumqayıt. Trend:

Müharibə şəraiti ilə əlaqədar Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş ümumi humanitar yardımın həcmi 44 milyon ABŞ dollarını ötməkdədir.

Trend xəbər verir ki, bunu Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov Azərbaycandan Ukraynaya humanitar yardım göndərilməsi ilə bağlı jurnalistlərlə açıqlamasında deyib.

O bildirib ki, avadanlıqların göndərilməsində məqsəd Ukraynada davam edən müharibədən zərər çəkən ərazilərin elektrik enerjisi ilə təchizatının bərpasına dəstək göstərilməsindən ibarətdir.

Qeyd edək ki, Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yükün ilk hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

Yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 11 avqust tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilir.

Humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, həmçinin 25 ədəd generator və 7 dəst transformator daxildir. Ukraynada davam edən müharibədən zərər görmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək məqsədilə göndərilən bu avadanlıqların ilk hissəsi 10 yük avtomobilindən ibarət karvanla yola salınıb. Ukrayna tərəfinin müraciətləri əsasında təşkil edilən və ümumi dəyəri 2 milyon ABŞ dolları olan sözügedən yardımın növbəti hissəsinin də yaxın günlərdə yola salınması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti