...

Azərbaycan elektrik enerjisi ixracından 54 milyon dollar qazanıb

Energetika Materials 31 Oktyabr 2025 15:51 (UTC +04:00)
Azərbaycan elektrik enerjisi ixracından 54 milyon dollar qazanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 53,8 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20,7 milyon ABŞ dolları və ya 27,8% azdır.

Belə ki, ötən ilin ilk 9 ayında ölkədən 74,5 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilmişdi.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,7% artaraq 2,6 milyard ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti