...

Azərbaycan bp ilə Xəzər dənizi, Asiya və Afrika regionunda yeni bağlantıların qurulması imkanlarını nəzərdən keçirib

Energetika Materials 3 Noyabr 2025 16:00 (UTC +04:00)
Azərbaycan bp ilə Xəzər dənizi, Asiya və Afrika regionunda yeni bağlantıların qurulması imkanlarını nəzərdən keçirib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və bp arasında Xəzər dənizi, Asiya və Afrika regionunda yeni bağlantıların qurulması imkanları nəzərdən keçirilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərimiz çərçivəsində bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşdük. Enerji təchizatının təkmilləşdirilməsi, neft-qaz sahəsində kəşfiyyat və hasilat layihələrinin reallaşdırılması, Xəzər dənizi, Asiya və Afrika regionunda yeni bağlantıların qurulması və investisiya potensialının dəyərləndirilməsi imkanlarını nəzərdən keçirdik. Görüşdə SOCAR və bp arasında birgə fəaliyyətin diversifikasiyasının etibarlı tərəfdaşlıq və gücləndirilmiş regional sinerji əsasında qarşılıqlı perspektivləri vurğulandı", - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti