...

Azərbaycandan Türkiyəyə 11 ay ərzində ixrac olunmuş neftin həcmi məlum olub

Energetika Materials 29 Dekabr 2025 20:20 (UTC +04:00)
Azərbaycandan Türkiyəyə 11 ay ərzində ixrac olunmuş neftin həcmi məlum olub
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə 69 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 142,4 min ton xam neft və neft məhsulları ixrac olunub.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 132,5 milyon ABŞ dolları və ya 65,8 faiz, həcm baxımından isə 227,2 min ton və ya 61,5 faiz azdır.

Ötən ilin ilk 11 ayı ərzində Azərbaycandan Türkiyəyə 369,6 min ton bitumlu süxurlardan əldə edilmiş neft və neft məhsulları ixrac olunmuşdu və bu ixracın ümumi dəyəri 201,5 milyon dollar təşkil edirdi.

Qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz azalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faiz artım qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti