Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti 680,2 min ABŞ dolları dəyərində ixrac əməliyyatları aparıb.
Trend xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın dekabr sayında bildirilib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 275,8 min ABŞ dolları və ya 28,8% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.
