...

Qazaxıstan Azərbaycanla qaz sahəsində əməkdaşlığın genişləndiriləcəyinə ümid edir (ÖZƏL)

Energetika Materials 7 Yanvar 2026 10:13 (UTC +04:00)
Qazaxıstan Azərbaycanla qaz sahəsində əməkdaşlığın genişləndiriləcəyinə ümid edir (ÖZƏL)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan qaz sahəsində Azərbaycanla əməkdaşlığın genişləndiriləcəyinə ümid edir.

Bunu Trend-ə “KMG-Karaçaqanak” şirkətinin istehsalat üzrə baş direktorunun müavini Andrey Kan bildirib.

“Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın bizim milli şirkətimiz “KazMunayQaz” ilə əməkdaşlığını yüksək qiymətləndiririk”, – deyə A. Kan vurğulayıb.

Onun sözlərinə görə, SOCAR Qazaxıstanda kəşfiyyat layihələrinə maraq göstərir.

“Mən həmçinin hesab edirəm ki, birgə əməkdaşlıq üçün, o cümlədən qaz hasilatı və qaz-kimya sahələrində yaxşı perspektivlərimiz var. Qazaxıstan və Azərbaycan arasında daha sıx əməkdaşlıq qlobal bazarda daha güclü olmağımıza kömək edəcək”, – deyə o, fikrini yekunlaşdırıb.

Qeyd edək ki, 2022-ci ildə KMG ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Qazaxıstan neftinin tranziti üzrə müqavilə imzalanıb.

2024-cü ildə isə KMG və SOCAR Azərbaycan ərazisindən neft tranzitinin mərhələli şəkildə artırılması barədə razılığa gəliblər.

“KazMunayQaz” Qazaxıstan dövlətinin neft və qaz sənayesində maraqlarını təmsil edir, karbohidrogenlərin kəşfiyyatı, hasilatı, emalı və nəqlini həyata keçirir. Şirkət 2002-ci ildə yaradılıb və 190-dan çox təşkilatı özündə birləşdirir.

“KazMunayQaz”ın səhmdarları “Samruk-Kazına” Milli Rifah Fondu (90%) və Qazaxıstan Respublikası Milli Bankıdır (10%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti