...

2025-ci ildə BTC vasitəsilə Türkiyə ərazisindən nəql olunan neftin həcmi açıqlandı

Energetika Materials 21 Yanvar 2026 09:42 (UTC +04:00)
2025-ci ildə BTC vasitəsilə Türkiyə ərazisindən nəql olunan neftin həcmi açıqlandı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il ərzində Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri ilə Türkiyə ərazisindən 206,434 milyon barel neft nəql edilib.

Trend bu barədə Türkiyənin BOTAŞ şirkətinə istinadən məlumat yayıb.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 224,142 milyon barel təşkil edib. Beləliklə, nəql olunan neftin həcmi 7,9 faiz azalıb.

2025-ci ilin dekabr ayında Türkiyə ərazisindən BTC kəməri ilə 17,319 milyon barel neft nəql olunub ki ki, bu da 2024-cü ilin dekabr ayı ilə müqayisədə (20,081 milyon barel) təxminən 1,2 dəfə azdır.

Qeyd edək ki, BTC Co. şirkətinin səhmdarları bunlardır: bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), ITOCHU (3,40%), ONGC Videsh (3,10%), ExxonMobil (2,50%) və INPEX (2,50%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti