...

Beynəlxalq Enerji Agentliyi Azərbaycanda neft hasilatı ilə bağlı 2026-cı il üzrə proqnozlarını verib

Energetika Materials 21 Yanvar 2026 14:55 (UTC +04:00)
Beynəlxalq Enerji Agentliyi Azərbaycanda neft hasilatı ilə bağlı 2026-cı il üzrə proqnozlarını verib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ildə Azərbaycanda neft hasilatı günə 0,57 milyon barel təşkil edəcək.

Trend-in Beynəlxalq Enerji Agentliyindn (BEA) əldə etdiyi məlumata görə, təşkilatın öncəki qiymətləndirməsi ilə müqayisədə proqnozlar dəyişilməz olaraq qalıb.

BEA ilk iki rübdə hasilatın günə 0,58 milyon barel səviyyəsində olacağını, üçüncü və dördüncü rüblərdə isə gündəlik 0,57 milyon barelə qədər düşəcəyini gözləyir.

BEA-nın məlumatına görə, 2025-ci ilin yekunlarına əsasən, Azərbaycanda günə 0,57 milyon barrel istehsal olunub.

2024-cü ildə Azərbaycanda orta günlük neft hasilatı 0,6 milyon barrel təşkil edib.

Qeyd edək ki, Azərbaycan Energetika Nazirliyinin məlumatına əsasən, 2025-ci ildə ölkədə (qaz kondensatı ilə birlikdə) 27,7 milyon ton neft hasil edilib.

Bunun 16,2 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlarının, 3,8 milyon tonu “Şahdəniz” yatağının, 600 min tonu “Abşeron” yatağının, 7,1 milyon tonu isə SOCAR-ın payına düşüb.

Hesabat dövründə (qaz kondensatı ilə birlikdə) 23,1 milyon ton neft ixrac edilib. Bunun 20 milyon tonu konsorsiumların, 2,5 milyon tonu SOCAR-ın, 600 min tonu isə JOCAP-ın payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti