Bakı. Trend:
2025-ci ildə Azərbaycan 12,1 milyard ABŞ dollarından çox dəyərdə təxminən 23,4 milyon ton xam neft və neft məhsulları ixrac edib.
Bu haqda Trend Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.
Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 2,3 milyard dollar (16,2 faiz) azalıb, həcm baxımından isə 215 min ton (0,9 faiz) artıb.
Yanvar-noyabr ayları üzrə ən çox Azərbaycan neftini idxal edən ölkələrin ilk üçlüyündə birinci yerdə İtaliya (13,1 milyon ton, 6,7 milyard dollar) yer alır, ardınca Çexiya (1,4 milyon ton, 742,2 milyon dollar) və Xorvatiya (1,3 milyon ton, 666,6 milyon dollardan çox) gəlir.
Aşağıdakı cədvəldə 2025-ci ildə Azərbaycandan ən çox xam neft və neft məhsulları idxal edən ölkələrin ilk onluğu göstərilib.
|
Ölkə |
İdxal həcmi |
İdxal dəyəri (ABŞ dolları ilə) |
|
İtaliya |
13 111 475,61 |
6 727 698 250 |
|
Çexiya |
1 405 059,25 |
742 159 080 |
|
Xorvatiya |
1 255 021,16 |
666 587 010 |
|
Rumıniya |
1 122 055,58 |
598 454 150 |
|
Almaniya |
956 716,48 |
502 018 650 |
|
Portuqaliya |
803 374,35 |
430 730 820 |
|
Yunanıstan |
702 354,87 |
367 729 040 |
|
Böyük Britaniya |
648 255,19 |
336 954 560 |
|
İrlandiya |
577 056,93 |
289 696 230 |
|
Tunis |
432 028,56 |
227 895 520 |
Qeyd edək ki, Azərbaycandan neft qonşu ölkələrə və dünya bazarlarına üç boru kəməri vasitəsilə nəql olunur: Bakı–Novorossiysk, Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan (BTC). Hazırda Bakı–Supsa boru kəməri ilə nəql prosesi dayandırılıb.
