...

SOCAR-da 2026-2028-ci illəri əhatə edən Sosial İnkişaf Proqramının layihəsi müzakirə olunub

Energetika Materials 3 Fevral 2026 16:52 (UTC +04:00)
SOCAR-da 2026-2028-ci illəri əhatə edən Sosial İnkişaf Proqramının layihəsi müzakirə olunub
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

SOCAR-ın Baş ofisində Sosial İnkişaf (Dayanıqlılıq) Proqramının 2026–2028-ci illəri əhatə edən layihəsinin və proqrama daxil edilməsi nəzərdə tutulan tədbirlər planının müzakirəsinə həsr olunmuş görüş keçirilib.

Trend bu barədə şirkətə istinadən xəbər verir.

“Görüşdə 2021–2025-ci illəri əhatə edən Sosial İnkişaf Proqramının icra nəticələri nəzərdən keçirilib, növbəti dövr üzrə prioritet istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək hədəflər müəyyənləşdirilib”, - şirkətdən bildirilib.

Qeyd edək ki, SOCAR-ın fəaliyyəti regional və beynəlxalq səviyyədə enerji təhlükəsizliyinin, neft-qaz və neft-kimya sənayesinin inkişafına strateji marağı təmin etmək, iqtisadi, elmi-texniki və intellektual potensialın artırılmasına dəstək olmaq, enerji layihələrində həlledici mövqe tutmaq, karbohidrogen ehtiyatlarının və istehsal edilmiş məhsulların daxili və xarici bazarlarda satışından əldə olunan gəlirləri maksimuma çatdırmağa əsaslanır.

Şirkət bu dəyərləri rəhbər tutaraq həmişə dayanıqlı və davamlı inkişafa nail olmağa, Azərbaycan vətəndaşları, eləcə də ümumilikdə bütün hüquqi şəxslər üçün mənfəət əldə etməyə çalışır.

Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi istiqamətində məqsəd SOCAR-ın bütün əməliyyatlarını bədbəxt hadisələrə, peşə xəstəliklərinə, qəza hallarına yol vermədən, ətraf mühitə minimal zərərlə həyata keçirməklə, əməliyyatlarda idarəetmə fəaliyyətinin qabaqcıl standartların tələblərinə uyğunlaşdırılması, proses və prosedurların inteqrə olunmuş şəkildə əlaqələndirilməsi ilə dəyər zəncirini təkmilləşdirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti