Barmek Azerbaycan (Bakı və Sumqayıtın enerjipaylayıcı şəbəkəsinin operatoru) şirkətinə avqust ayı ərzində aparılan yoxlamalar nəticəsində 22 472 767 kVt/s elektrik enerjisi məbləğində 3 490 270 065 manat (762,5 min dollar) kompensasiya ödənilib. Bu barədə Trend ə Barmek Azerbaycan şirkətindən məlumat verilib.
Şirkətin növbəti reydləri nəticəsində ölkənin Bakı, Sumqayıt və Quba rayonlarındakı təşkilat və müəssisələrdə elektrik enerjisindən istifadə zamanı qayda pozuntuları aşkar edilib.
Bakı və Sumqayıt şəhərlərində əlavə olaraq 84,5 milyn. manat məbləğində (18,4 min dollar) 395230 kVt/s-lıq əlavə elektrik enerjisindən istifadə olunması ilə faktı ilə bağlı aktlar tərtib olunub.
Barmek Azerbaijan-dan bildiriblər ki, əsas pozuntular Bakının Nəsimi rayonunda qeydə alınıb ki, burada istifadə edilmiş əlavə enerjinin həcmi 14868000 manatlıq (3,3 min dollar), yəni 50400 kVt/s təşkil edir.
Bakının Nərimanov rayonunda bu göstərici 15776 kVt/s, yəni 4653920 manat məbləğində, Binəqədi rayonunda 14206 kVt/s, yəni 4190770 manat, Əzizbəyov rayonunda 46253 kVt/s, yəni 10395764 manat, Xətai rayonunda 28711kVt/s, yəni 6405196 manat, Nizami rayonunda 15139 kVt/s, yəni 6614490 manat, Sabunçu rayonunda 32794 kVt/s, yəni 9674230 manat, Suraxanı rayonunda 38827 kVt/s, yəni 8111780 manat olub.