...

ARDNŞ OKTYABRDA NOVOROSSİYSKDƏN NEFT PARTİYASI SATIŞI ÜÇÜN TENDER ELAN EDİB

Energetika Materials 1 Oktyabr 2005 14:29 (UTC +04:00)

Azərbaycan Dövlət neft şirkəti (ARDNŞ) oktyabrda Novorossiysk limanından FOB şərtilə 85 min ton Urals neftinin satışı üçün tender elan edib. ARDNŞ-də Trend ə bildirilib ki, tender oktyabrın 6-da bağlanacaq.

"Novorossiysk limanının 2 saylı körpüsündən neft partiyasının 30-31 oktyabrda daşınması nəzərdə tutulur" -deyə ARDNŞ-də bildirilib.

İlin əvvəlindən ARDNŞ-nin Novorossiyskdən satılan neftini tenderlərdə alan şirkətlər aşağıdakılardır:

yanvar - LUKOIL (140 min ton), Iitol (80 min ton);

fevral - LUKOIL (160 min ton), Arcadia (140 min ton);

mart - Bp Oil Trading (80 min ton), Total (140 min ton);

aprel - Glencore (160 min ton);

may - RD Shell (80 min ton); LUKOIL (85 min ton);

iyun - Mercuria Energy Trading (82 min ton);

İyul - Mercuria Energy Trading (170 min ton);

Avqust - Sun Oil (164 min ton), Glencore (142 min ton);

Sentyabr - LUKOIL (79 min ton);

Oktyabr - Mercuria Energy Trading (142 min ton).

Xəbər lenti

Xəbər lenti