...

Dövlət Neft Şirkəti 350 min tondan artıq əlvan neft məhsullarının satışı üzrə tendekr elan etməyi planlaşdırır

Energetika Materials 26 Noyabr 2005 13:57 (UTC +04:00)

Dekabrın ortalarında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2006-cı ildə ümumi həcmi 380 min ton yanacağın satışı üzrə tender elan etmək niyyətindədir. ARDNŞ-dən Trend ə verilən məlumata görə, 180 min ton avtomobil benzinini və 200 min ton dizel yanacağınını satışı üzrə tenderin elan ediləcəyi gözlənilir. Tenderin 6 dekabrın sonlarında bağlanması ehtimal edilir.

Gürcüstanın Azərbaycan benzinini əsas istehlakçılarından olduğu nəzərə alınarsa, bu ölkənin alıcılarının benzin satışı üzrə tenderə xüsusi maraq göstərəcəkləri gözlənilir.

2004-cü ildə ARDNŞ "Heydər Əliyev adına" NEZ-da istehsal olunan L-62 markalı dizel yanacağını VR Oil şirkətinə ixrac edib. Dizel yanacağı dəmiryolu ilə Gürcüstanın Qara dənizdəki Poti və ya Batumi limanına yola salınıb.

ARDNŞ-dən bildirilir ki, şirkət hələləik 2006-cı ildə aviasiya kerosinin ixrac etməyi planlaşdırmır və buna səbəb daxili bazarda bu yanacağa olan tələbatın artmasıdır. Respublikada aviakerosinin əsas istehlakçısı AZAL DŞ-dir. Bu şirkət gələn il ARDNŞ-dən 600 min tona yaxın məhsul almaq niyyətindədir. 2005-ci ildə AZAL 450 min ton kerosin alıb.

Xəbər lenti

Xəbər lenti