...

Azərbaycan neftinin qiyməti qalxıb

Energetika Materials 30 Yanvar 2006 13:27 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, yanvarın 27-də bir barel AZERI LT CIF neftinin qiyməti $65, 61 təşkil edib ki, bu da əvvəlki qiymətə nisbətən $1,22 çoxdur. Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

Yanvarın 27-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $58,29 təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayisədə $1,08 çoxdur. URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8% təşkil edir.

Yanvarın 27-də bir barel Brent (DTD) neftinin qiyməti $64,80 təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayisədə $1,31 çoxdur. DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

AZERI LT CIF məzənnəsi, Aralıq dənizi limanlarına çatdırılma xərcləri də daxil olmaqla, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları tərəfindən Gürcüstanın Supsa terminalında yüklənən Azərbaycan neftinin dəyərini əks etdirir. URAL (EX-NOIO) məzənnəsi Rusiyanın Novorossiysk terminalında yola salınan neftin dəyərini əks etdirir.

Avropa bazarında işləyən treyderlər Trend ə bildirib ki, Novorossiysk limanından Auqustaya neft və neft məhsullarının nəqli üçün 135 min ton tutumlu gəmilərin fraxt dərəcəsi ws 175-dək artaraq 16% olub. Analoji dərəcələr 80 min ton tutumlu gəmilər üçün ws 260-dək artaraq 4% təşkil edib. Qara dənizdən Auqustaya belə dərəcələr bu gün 30 min ton tutumlu gəmilər üçün ws 430-dək azalaraq demək olar ki, 3% təşkil edib. Novorossiyskdən Auqustaya 30 min ton tutumlu gəmilərlə neft və neft məhsullarının nəqli üçün dərəcələr ws 395-dək enərək 2,5% olub.

Xəbər lenti

Xəbər lenti