...

Azərbaycan neftinin qiyməti cüzi aşağı düşüb

Energetika Materials 21 Aprel 2006 12:00 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, aprelin 20-də bir barel AZERI LT CIF neftinin qiyməti $72,59 təşkil edib ki, bu da əvvəlki qiymətə nisbətən $0,03 azdır. Azeri Light neftinin sıxlığı API üzrə 34,9 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

Aprelin 20-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $66,30təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayiəsədə $0,06 azdır. URAL neftinin sıxlığı API üzrə 32 dərəcə, kükürdün həcmi isə 1,3% təşkil edir.

Aprelin 20-də bir barel Brent (DTD) neftinin qiyməti $73,12təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayiəsədə $0,37azdır. DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

AZERI LT CIF məzənnəsi, Aralıq dənizi limanlarına çatdırılma xərcləri də daxil olmaqla, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları tərəfindən Gürcüstanın Supsa terminalında yüklənən Azərbaycan neftinin dəyərini əks etdirir. URAL (EX-NOIO) məzənnəsi Rusiyanın Novorossiysk terminalında yola salınan neftin dəyərini əks etdirir.

Xəbər lenti

Xəbər lenti